Məhsulun miqdarı azalsa da, idxalına daha çox pul xərclənib

17:20 16-08-2021 473

Azərbaycan 2021-ci ilin yanvar-iyul ayları ərzində 408 826 ton buğda idxal edib.

HerGun.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, idxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 faiz azalıb.

İdxal etdiyimiz bu məhsul üçün 103 772 280 dollar sərf edilib. Bu isə ötən ilin eyni dövrü  müqayisədə 10,4 faiz çoxdur. Nəticə bu məhsulun idxal dəyərinin artığını göstərir. 

Təkcə iyul ayında Azərbaycana 7 253 ton buğada idxal edilib ki, bu məhsulun idxal dəyəri 1 748 350 dollar olub.

Nigar Məmmədova