Ölkədə xarici kərə yağlarına tələbat azalıb

18:40 16-08-2021 468

Azərbaycan ilin yanvar-iyul ayları ərzində 9 051,2 ton həcmində kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

HerGun.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, bu məhsul qrupunun idxal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz azalıb.

Ümumilikdə, məhsulun idxal dəyəri 44 915 870 dollar olub. Bu isə 2020-ci ilin eyni dövrünə nəzərən 11,9 faiz azdır.

Bu ilin təkcə iyul ayında xaricdən 875,87 ton həcmində kərə yağı və süddən hazırlanmış digər yağlar alınıb və onların ümumi idxal dəyəri 4 935 200 dollar olub.

Nigar Məmmədova