Cavidan Qorçıyev DSX tərəfindən təltif olunub – FOTO

22:40 17-08-2021 413

İş adamı Cavidan Qorçıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən təltif olunub. 18 Avqust - Sərhəd Qoşunları Günü münasibətilə Xidmətin rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə ona “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı təqdim edilib. 

C.Qorçıyev ötən ilin oktyabrında Qarabağın azadlığı uğrunda vuruşan əsgərlərimizə köməklik göstərib. O, bu məqsədlə Dövlət Sərhəd Xidmətinə şəxsi avtomobilini hədiyyə edib, işlək vəziyyətdə olan “Hummer h3” markalı “pikap”ı təmənnasız olaraq sərhədçilərin ixtiyarına verib.

C.Qorçıyev bu barədə bildirib: “Vətən Müharibəsinin ilk günlərindən könüllü olaraq Azərbaycan Ordusunun sıralarına yazılmışdım. Ermənilərə qarşı döyüşlərdə iştirak etmək istədiyimi ərizədə göstərmişdim. Onda mənə bildirmişdilər ki, hələlik qismən çağırış elan edilib və 3 övladım olduğu üçün hələ arxa cəbhədə öz işini görməliyəm və lazım bilinən vaxt orduya çağırılacam. Həmin ərəfədə qərara gəldim ki, ordunun təminatında iştirak edim və mənə məxsus olan avtomobili təmənnasız Dövlət Sərhəd Xidmətinə hədiyyə etdim. Ondan sonra da bir neçə dəfə Silahlı Qüvvələrə yardım aksiyalarında iştirakı özümə borc bilmişəm”.