“Barselona”nın yeni 10 nömrəsi kim olacaq?

18:00 18-08-2021 411

“Barselona” rəhbərliyi yeni mövsümdə 10 nömrəli formanı Filipp Coutinyoya təklif edib.

Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Hazırda futbolçu 10 nömrəli formanın səbəb ola biləcəyi yeni təzyiqləri də nəzərə alaraq düşünmək üçün vaxt istəyib.

Qeyd edək ki, braziliyalı hazırda “Barselona”da 14 nömrəli forma ilə çıxış edir.