“Bank BTB” lombard krediti şərtlərini müştəriləri üçün daha sərfəli və əlçatan etdi

12:40 19-08-2021 548

“Bank BTB” müştərilərini düşünərək lombard kreditini daha da sərfəli etdi. Belə ki, təcili pula ehtiyacı olan şəxslər, qızıl və qızıl zinət əşyalarını girov qoymaqla “Bank BTB”dən kredit əldə edə bilər. Qeyd edək ki, təqdim edilən qızıl və qızıl zinət əşyaları yüksək dəyərlə bank tərəfindən qiymətləndirilir və kredit rəsmiləşdirilir. Kredit tək şəxsiyyət vəsiqəsi ilə təqdim olunur.

Hazırda, müştərilər “Bank BTB”dən 20.000 AZN-dək lombard kreditini aylıq 1.9 %-dən, 36 ay müddətinədək əldə edə bilərlər.

Lombard krediti əldə etmək istəyən şəxslər “Bank BTB”nin filial şəbəkəsinə müraciət edə və ya bit.ly/2ZxsvIe linkinə keçid alaraq onlayn kredit sifarişi göndərə bilərlər.

“Bank BTB”nin təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər bankın onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.