Ərdoğan: “Türkiyə “Taliban”ın quracağı hökumətlə danışıqlar aparmağa hazırdır”

22:00 19-08-2021 349

Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyilə Nazirlər Kabinetinin toplantısı keçirilib.

5 saatdan çox sürən toplantının ardından dövlət başçısı mətbuata açıqlamalarla çıxış edib.

Ərdoğan ölkə gündəminə aid bir sıra məsələləri dəyərləndirdikdən sonra Əfqanıstanla bağlı prosesləri şərh edib. O, Türkiyədə 1,5 milyon əfqan qaçqının olması iddiasını rədd edib.

Prezident məsələ ilə bağlı Avropa ölkələrinin də mövqeyini tənqid edib. O, qeyd edib ki, Avropa sərhədlərini bağlayaraq problemdən yaxa qurtara bilməz və Türkiyənin Avropanın mühacir anbarı olmaq kimi bir vəzifəsi yoxdur.

Ərdoğan, həmçinin lazım gələrsə Əfqanıstanda sabitliyin və təhlükəsizliyin bərqərar olması üçün Türkiyənin “Taliban”ın quracağı hökumətlə danışıqlar aparmağa hazır olduğunu bəyan edib.