“Neftçi” hesabı bərabərləşdirdi - YENİLƏNİR

22:20 19-08-2021 367

“Neftçi” Konfrans Liqasının pley-off mərhələsində Hayfa “Makkabi”si ilə görüşdə hesabı bərabərləşdirib.

HerGun.Az xəbər verir ki, 50-ci dəqiqədə nigeriyalı futbolçu Yusuf Laval fərqlənib - 1:1.

Oyun qarşılıqlı hücumlarla davam edir. 

21:25

Azərbaycan çempionu “Neftçi” bu gün Konfrans Liqasının pley-off mərhələsində Hayfa “Makkabi”si ilə ilk görüşünə çıxıb. 

HerGun.Az xəbər verir ki, bu oyunda “Neftçi” qapısında ilk qol görən komanda oldu. 

Belə ki, 9-cu dəqiqədə israilli Omer Atsili hesabı açıb - 0:1. 

Qeyd edək ki, matç Bakıdakı “Bakcell Arena”da keçirilir.