“Legiya” heç-heçə etdi, Emreli gözəl qol vurdu - VİDEO

00:40 20-08-2021 486

Futbol üzrə Azərbaycan millisinin forvardı Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” kollektivi Avropa Liqasının təsnifat mərhələsinin play-off raundu çərçivəsində ilk oyununu keçirib.

HerGun.Az xəbər verir ki, həmyerlimizin komandası Praqada Çexiya “Slaviya”sı ilə 2:2 hesablı heç-heçə edib. Mahir matçın 20-ci dəqiqəsində komandasının ilk qolunu vurub.

Qeyd edək ki, cavab görüşü avqustun 26-da Varşavadakı “Polşa Ordusu” stadionunda keçiriləcək və Bakı vaxtilə saat 23:00-da başlayacaq.