“Real”ın “Santyaqo Bernabeu”dakı firma mağazasından oğurluq edilib - FOTO

21:00 20-08-2021 397

Madridin “Real” klubunun “Santyaqo Bernabeu” stadionunda yerləşən firma mağazasından oğurluq edilib.

Bu barədə “Marca” nəşri məlumat yayıb.

Mənbə qeyd edir ki, oğurluq hadisəsi yerli vaxtla səhər saat altı radələrində baş verib.

Oğurluq edən şəxslər üç avtomobilə “Real”ın formalarını, paltar və digər malları dolduraraq ərazidən uzaqlaşıblar.

Polis təhlükəsizlik kameralarının köməyi ilə oğurluq zamanı istifadə edilən avtomobillərin nömrələrini müəyyənləşdirməyə çalışır.

Hüquq-mühafizə orqanları hər üç maşının qaçırıldığı qənaətindədirlər.

Qeyd edək ki, hazırda “Santyaqo Bernabe”uda yenidənqurma işləri aparılır. Bütün işlərin 2022-ci ildə tamamlanması planlaşdırılır.