Azərbaycan Premyer Liqası: Paytaxtdan kənarda baş tutan hər iki oyunda meydan sahibləri qalib gəldilər - VİDEO

22:40 21-08-2021 415

Azərbaycan Premyer Liqasında II tura start verilib.

HerGun.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki oyun paytaxtdan kənarda keçirilib.

Turun açılış matçında “Qəbələ” doğma meydanda “Keşlə”ni qəbul edib. Qəbələ təmsilçisi bu oyundan qələbə ilə ayrılıb.

Günün digər matçı Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası doğma meydanda “Sabah”la qarşılaşıb. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.

Turun digər görüşləri sabah keçiriləcək. Mövsümə bir xalla başlayan “Qarabağ”ın bu turdakı rəqibi “Səbail” olacaq. Son çempion “Neftçi” isə səfərdə “Zirə”nin müqavimətini qırmağa çalışacaq.

Azərbaycan Premyer Liqası, II tur

21 avqust

“Qəbələ” – “Keşlə” - 2:1
Qollar:
Y.Akakpo, 11. R.Utriq, 30 – A.Abanq, 76.

“Sumqayıt” – “Sabah” - 2:0
Qollar:
Ə.Qurbani, 32. T.Mütəllimov, 78.