Bir nəfərin büdrəməsi bir neçə idmançını zədələyib yarışdan kənarlaşdırdı – VİDEO

02:40 22-08-2021 571

Estoniyanın Otepya şəhərində keçirilən təkərli konkisürmə üzrə Dünya Kubokunun növbəti mərhələsi idmançılar üçün uğursuz alınıb.

Vesti.ru xəbər verir ki, italiyalı idmançı Françesko Beççisomun büdrəməsi nəticəsində yarışın bir neçə iştirakçısı yerə yıxılıb.

İnsident nəticəsində yerə yıxılan idmançıların əksəriyyəti zədə alaraq yarışı yarımçıq saxlamalı olublar.