16 yaşlı xizəkçi məşq zamanı yıxılaraq həyatını itirdi

06:40 22-08-2021 567

Rusiyanın Stavropol vilayətində 16 yaşlı xizəkçi məşq zamanı yıxılaraq həyatını itirib.

Bu barədə “Championat” portalı məlumat yayıb.

Qeyd olunur ki, gənc idmançı məşq zamanı yüksək sürət yığıb və nəticədə yıxılaraq başından ağır xəsarət alıb.

Qızın başında dəbilqə olmasına baxmayaraq, zərbə ölümcül olub.

Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Gənc idmançının Rusiyada keçirilən yarışlarda dəfələrlə yüksək nəticələr göstərdiyi qeyd olunur.