Merkel Avropanın Rusiya qazından imtina edəcəyi tarixi açıqladı

20:20 22-08-2021 366

Avropa klimatik neytrallığa nail olmağı hədəfləyib.

TASS xəbər verir ki, bunu Kiyevdə rəsmi səfərdə olan Almaniya Kansleri Angela Merkel bəyan edib.

“2050-ci ilədək Avropa addım-addım klimatik neytrallığa nail olmalıdır. Bu isə o deməkdir ki, ən gec 25 il sonra Rusiyadan Avropaya qaz nəql edilməyəcək və ya çox məhdud həcmdə nəql ediləcək”, - deyə Merkel bildirib.

Almaniya hökumətinin başçısı Ukraynanın da gələcək reallıqlara hazır olmasının və ölkədə yaşıl energetikanın inkişafının vacibliyini qeyd edib.