Mehriban Vəliyeva: “Biz 80-90 faiz vaksinasiyanı təmin etməliyik ki, əyani tədrisi bərpa edək”

12:40 24-08-2021 418

“Bakı şəhərində 35 mindən çox təhsil işçisindən 22 686 nəfər tam olaraq hər iki doza vaksin olunub. Biz 80-90 faiz vaksinasiyanı təmin etməliyik ki, əyani tədrisi bərpa edək”. 

HerGun.Az xəbər verir ki, bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, məsafədən təhsildə müəyyən vaxtdan sonra şagirdlərin mənimsəməsində, davranışında, səhhətində müəyyən problemlər müşahidə edildi.

“Təhsil işçilərinin vaksinasiyada fəallığı göz önündədir. Bu, belə olmalıdır. Bakının 7 rayonu üzrə müəllimlər vaksinasiyada fəal olublar. 37 məktəbdə təhsil işçilərinin 90 faizdən çox vaksinasiyadan keçib”.

İlhamə Əbülfət