Paralimpiya Oyunları: Azərbaycan daha üç medalı özünə təmin etdi

09:00 28-08-2021 369

Azərbaycan Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında daha üç medal qazanıb.

HerGun.Az-ın xəbərinə görə, buna bu gün mübarizəyə qoşulan üç cüdoçumuzun finala qazanması səbəb olub.

Belə ki, kişilərdə Hüseyn Rəhimli (-81 kq), qadınlarda Sevda Vəliyeva (-57 kq) və Xanım Vəliyeva (-63 kq) finala çıxmaqla azı gümüş medalı özlərinə təmin edib. Final görüşləri Bakı vaxtı ilə saat 11:00-dan etibarən başlayacaq.

Qeyd edək ki, Azərbaycan indiyədək Paralimpiya Oyunlarında üç qızıl və iki bürünc medal qazanıb. Komandamız bu nəticə ilə hazırda 13-cü yerdədir.

Səbuhi Musayev