Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

16:20 28-08-2021 395

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 101 101 doza vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 40 451 nəfərdir.

Qeyd edək ki, ölkədə vurulan vaksinlərin dozasının ümumi sayı 6 594 858, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 990 054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 604 804 təşkil edir.