“Şöhrət” ordenli tanınmış neftçi vəfat etdi

16:40 28-08-2021 324

Azərbaycanın neft-qaz sənayesinə ağır itki üz verib.

Dövlət Neft Şirkətinin (SOCAR) verdiyi məlumata görə, uzun illər Azərbaycan neft sənayesində rəhbər vəzifələrdə çalışmış Söhrab Salmanov ömrünün 80-ci ilində vəfat edib.

Bütün həyatını Azərbaycan neft sənayesinin inkişafına həsr etmiş Söhrab Salmanov yüksək səviyyəli mütəxəssis, bacarıqlı rəhbər olub.

S.M.Salmanov “Şöhrət” ordeni ilə və bir sıra digər dövlət mükafatları ilə təltif olunub, “Azərbaycan SSR neft və qaz sənayesinin əməkdar işçisi” fəxri adına layiq görülüb.