ABŞ Kabildəki MKİ bazasını partlatdı

23:40 28-08-2021 313

ABŞ qüvvələri Əfqanıstanın paytaxtı Kabildə Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) aid bazanı partladıb.

Kabil Hava limanının yaxınlığında yerləşən “Eagle Base” (Qartal bazası) ərazidə baş vermiş partlayışlardan dərhal sonra məhv edilib. MKİ məlumata münasibət bildirməkdən boyun qaçırıb.

Sözügedən addımın ABŞ ordusunun Əfqanıstandan təxliyyə prosesini sürətləndirdiyi qeyd olunub.