“Real” Mbappe transferi üçün PSJ-yə şərt qoydu

00:20 29-08-2021 390

Madrid “Real”ı müqavilənin bazar günü axşam saatlarına qədər bağlanmayacağı halda Kilian Mbappenin transfer danışıqlarını sonlandıracağı barədə PSJ klubuna xəbərdarlıq edib.

“Kral klubu” hesab edir ki, parislilər transfer müddətini bilərəkdən uzadır.

Qeyd edək ki, “Kral klubu” Mbappenin transferi üçün 180 milyon avro təklif edir.

Mənbə: “Le Parisien”