16 yaşlı İctimai Televiziyadan Baku TV-nin VİDEOREPORTAJI

12:20 29-08-2021 335

Sarı rəng pozitivliyin, enerjinin, dinamikliyin rəngidir. Elə yayımları da bu cür olan İctimai TV bu gün 16-cı yayım ilini qeyd edir. 

“Bu 16 illik zəhmətin arxasında tamaşaçıların diqqəti dayanır”

Bu sözləri İctimai TV-nin aparıcısı Jalə Həsənli deyib.

O bildirib ki, onun İTV-də işlədiyi dövr ərzində ən yadda qalan gün  onun üçün qələbə xəbərini çatdırmaq olub.

“Yəqin ki illər keçəcək, mən yaşlanacam, bəlkə də başqa məkanda, başqa sahədə çalışacam amma bu anı heç vaxt yadımdan çıxarmayacam” – deyə, qeyd edib. 

Telekanalda yayımlanan “Ötən günlər” verilişinin qonaqları da İctimai TV-nı 16 yaş münasibəti ilə təbrik ediblər. 

Əməkdar artist Sənubər İsgərdərli deyib ki, İTV-ə rəngarəng verilişlər və bol reytinq arzu edirəm.

Daha ətraflı Baku TV-nin süjetində: