Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşada büstü açılıb

18:00 29-08-2021 477

Avqustun 29-da Şuşa şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı olub.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vitse-prezident Mehriban Əliyeva açılışda iştirak ediblər.