Norveçdə Rusiyaya qarşı hansı hərəkəti etmək olmaz?

07:00 30-08-2021 381

Norveçdə qəribə qadağa tətbiq olunub.

Ölkənin Rusiya ilə sərhədindəki Yakobselv çayı sahilində qarşı tərəf istiqamətində kiçik ehtiyacını ödəmək qadağan edilib.  

Tualet qadağasını pozanların 3000 kron (586 azn) cərimələnəcəyi bildirilib.

Qeyd olunub ki, norveçli turistlər ara-sıra çay kənarına gələrək Rusiya sahili istiqamətində təhqiredici hərəkətlər edirlər. Onlar gah Rusiyaya daş atır, gah da digər davranışlara yol verirlər.

Mənbə: “Barents Observer”