Bakıda klubda mühafizəçi müştərini döyərək öldürdü - FOTO

14:20 30-08-2021 454

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.

Hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə alınıb.

Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb.

Mənbə: APA