Qusar sakininin evindən narkotik vasitələr tapıldı - FOTO

19:00 30-08-2021 426

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini çərçivəsində narkotik maddələrin qeyri-qanuni dövriyyəsinin qarşısı alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan bildirildiyinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Qusar rayon sakini Eldar Əlimov saxlanılıb.

Həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.