OPEC+ ölkələri hasilatı planlaşdırılan həcmdə artırmağa davam edəcək

21:00 01-09-2021 365

OPEC+ ölkələri növbəti aylarda da hasilat həcmini artırmaqda davam edəcək.

Bu barədə nazirlərin toplantısında qərar qəbul edilib.

Qərara əsasən, hasilat artımı avqustda olduğu kimi aylıq 0.4 milyon barrel/sutka həcmində saxlanılacaq.

Qurumun növbəti iclası oktyabrın 4-də keçiriləcək.

Mənbə: TASS