Gennadi Züqanov: “İsa Məsih yer kürəsinin ilk kommunisti olub” - VİDEO

18:00 02-09-2021 783

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanovun “Komsomolskaya Pravda” radiosunun efirində səsləndirdiyi fikirlər Rusiya ictimaiyyətində birmənalı qarşılanmayıb.

77 yaşlı təcrübəli siyasətçi radioda gedən debatda İsa Peyğəmbəri planetin “ilk kommunisti” adlandırıb.

“Yeni xronologiyaya əsasən planetin ilk kommunisti İsa Məsih olub. İsanın Dağ xütbəsini və kommunizmin əxlaq kodeksini yanaşı qoyun, onlar tamamilə eynidir, sizin sadəcə ağzınız açıq qalacaq. Kommunizmin ilk şüarı olan “İşləməyən dişləməz” termini apostol Pavelə məxsusdur. İncili öyrənmək lazımdır, onda çox şeyi başa düşəcəksiniz”, - deyə G. Züqanov bildirib.