Əfqanıstanda 70 nəfərin ölümündən sonra havaya atəş açmaq qadağan edildi

23:40 05-09-2021 361

“Taliban” hakimiyyəti havaya atəş açmağı qadağan edib.

Qayda bütün Əfqanıstan ərazisinə şamil olunub.

Müvafiq qərar hərəkata tabe olmayan Pəncşir vilayətinin ələ keçirilməsi xəbəri yayıldıqdan sonra mücahidlərin Kabildə havaya atəş açaraq qələbəni bayram etməsi nəticəsində onlarla dinc sakinin ölümüylə bağlı qəbul edilib.

Qeyd edək ki, “atəşfəşanlıq” nəticəsində 70 çox şəxsin həlak olduğu bildirilib.

Mənbə: “RİA Novosti”