Türkiyədə 2450 illik mətbəx aşkar olunub

08:00 06-09-2021 299

Türkiyənin Amasya vilayətində assuriyalılara aid edilən sarayın mətbəx bölümünün qalıqları aşkar olunub.

Təxminən 2450 il öncə inşa edilən sarayın giriş hissəsinin hələ 2012-ci ildə üzə çıxarıldığı qeyd edilib. Yeni tapılan mətbəxdə isə qoyun, keçi və müxtəlif quş növlərinə aid heyvanların sümüklərinə rast gəlinib.

Arxeoloji qazıntıların ilin sonunadək davam etdiriləcəyi bildirilib.

Mənbə: TRT