Azərbaycanda kişi arvadını küçədə qətlə yetirdi

17:00 06-09-2021 390

Bərdə rayonunda kişi arvadını öldürüb.

HerGun.Az-ın məlumatına görə, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib. 

Belə ki, Tural Mustafayev ailə-məişət zəminində arvadı Təranə Mustafayevanı ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.  

Hadisə baş verən zaman cütlüyün övladları da orada olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İlhamə Əbülfət