Göygöldə avtomobil piyadanı vuraraq öldürüb

23:00 06-09-2021 308

Göygöldə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

HerGun.Az xəbər verir ki, hadisə Gəncə-Göygöl-Toğanalı avtomobil yolunun rayonun ərazsindən keçən hisəssində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət