610 bal topladı, amma tələbə adını qazana bilmədi – VİDEO

23:40 06-09-2021 359

Bu gündən ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayır. İkinic mərhələdə ixtisas seçənlər arasında 600 baldan çox toplayan abiturientlər də var. 

Bu da onu göstərir ki, uğur qazanmağın yarısı elə ixtisas seçimini düzgün etməkdir. 

Dördüncü ixtisas qrupu üzrə imtahan verən Abiturient 610 bal toplasa da, universitetə daxil ola bilməyib. Eyni hal üçüncü ixtisas qrupu üzrə də 510-520 bal toplayan abiturientin də başına gəlib.

Ekspertlərin fikrincə bu kimi halların baş verməsinə səbəb həmin şəxslərin ötən il göstəriciləri nəzərə alıb yüksək bal tələb edən dövlət ödənişli ixtisasları seçməsi olub.

Daha ətraflı sujetdə: