Tokio Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızın sonuncu qrupu Bakıya gəldi - FOTO

11:40 07-09-2021 563

Bu gün Tokio Paralimpiya Oyunlarında iştirak edən idmançılarımızın sonuncu qrupu Bakıya gəlib.

HerGun.Az-ın xəbərinə görə, atlet Lamiyə Vəliyeva, Yuliya Yanovskaya, güllə atıcıları Yelena Taranova, Kamran Zeynalov hava limanında idman ictimaiyyəti və media nümayəndələri tərəfindən qarşılanıb.

Onları qarşılayanlar arasında Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, əvvəl Tokio Paralimpiya Oyunlarında medal qazanıb Bakıya gəlmiş idmançılar, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov olub.

Səbuhi Musayev