İstanbulda narkotik alverçiləri arasında silahlı atışma – ANBAAN VİDEO

02:40 08-09-2021 385

İstanbulun Beyoğlu rayonunda narkotik alverçisi olan iki qrup arasında silahlı atışma baş verib.

“İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, hadisə ətrafda yaşayan sakinlər tərəfindən anbaan qeydə alınıb.

Hadisədən qısa müddət sonra atışmanın baş verdiyi ərazinin yaxınlığında, parkda bıçaqla xəsarət almış iki nəfər xarici vətəndaş aşkar edilib.

Hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırır.