Amerikada sürücülərə "fast food" qadağası

10:36 18-08-2019 30

Minnesota ştatının Minneapolis şəhərində yerli hökumət sürücülərə "drive-thru" tipli kafe və restoranlardan istifadəni qadağan edib. Maşından çıxmadan "fast food" yeməklər almaq mümkün olan bu tip iaşə obyektləri ABŞ-da sürücülər arasında dəbdədir.

Qadağanın səbəblərini göstərən şəhər rəhbərliyi hesab edir ki, belə xidmətlər ümumilikdə şəhər həyatına mənfi təsir göstərir. Birincisi, bu xidmətə görə maşının motorunu söndürmədən gözləyən sürücülər atmosferi çirkləndirirlər. İkincisi isə, bu tip restoranların yerləşdiyi kvartallarda daha çox piyada vurulur. Bunun səbəbi də sürücülərin sükan arxasında yemək yeyərkən diqqətlərinin yayınmasıdır.