Qadınlardan ibarət futbol millimiz Rusiyaya məğlub olub

22:20 17-09-2021 478

Qadınlardan ibarət futbol millimiz dünya çempionatının seçmə mərhələsinə start verib.

HerGun.Az-ın xəbərinə görə, yığmamız səfərdə Rusiya ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Rusiya millisi hər hissədə komandamızın qapısına bir dəfə yol tapıb.

Səbuhi Musayev