Xaçmazda qəza: beş yaralı
19:36 18-08-2019 1058
Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.
HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Qaradağbuduq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Ford" markalı avtomobillə "Jiquli"nin toqquşması nəticəsində sürücülər İsmayıl Umudov, Nurəddin Niftəliyev və 3 nəfər sərnişin xəsarət alıb.
Yaralılar Xaçmaz Mərkəzi rayon Xəstəxənəsına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Tehran Orucoğlu