London derbisində “qonaqlar” sevindi - VİDEO

21:40 19-09-2021 502

İngiltərə Premyer Liqasının növbəti turu London derbisilə yadda qalıb.

“Tottenhem” UEFA Çempionlar Liqasının son qalibi “Çelsi”ni qəbul edib.

İlk yarıda tərəflər sülhlə ayrılsalar da, fasilədən sonra “zadəganlar” rəqiblərini üç dəfə məyus edib - 0:3.

Beləliklə də, hazırda “Çelsi” 13 xalla “Liverpul” və “Mançester Yunayted”lə ilk üçlüyü bölüşür. “Tottenhem” isə 9 xalla 7-cidir.