Türkiyə finalda altı qol vuraraq Avropa çempionu oldu

01:00 20-09-2021 452

Polşanın Krakov şəhərində keçirilən Avropa Amputasiya olunmuşların Futbol Çempionatının qalibi Türkiyə millisi olub. 

"Ay-ulduzlular" final görüşündə İspaniya yığması ilə görüşüblər. Bu görüşdə açıq üstünlüyü hiss olunan Türkiyə komandası 6:0 hesabı ilə qalib gəlib.