Banqladeşdə yanğın minlərlə adamı evsiz qoydu

20:18 18-08-2019 716

Banqladeşin paytaxtında baş vermiş yanğın minlərlə insanın evsiz qalmasına səbəb olub.

“RİA Novosti” xəbər verir ki, paytaxtın Mirpur rayonunda bir məhəllədə çıxan yanğında can itkisi olmasa da, bəzi insanlar yüngül xəsarət alıblar.

Hələlik yanğının başlama səbəbi haqqında rəsmi məlumat verilməyib.

Bölgənin polis rəisi açıqlama verib ki, xoşbəxtlikdən yanğın zamanı ərazidəki evlərin çoxunda insanlar olmayıb.

Buna səbəb isə həmin rayonun sakinlərinin Qurban bayramını qeyd etmək üçün qohumlarına baş çəkmələri olub.