Kanar adalarında vulkan püskürməsi: Əhali təxliyə olunub - VİDEO

06:00 20-09-2021 408

İspaniyada vulkan püskürməsi baş verib.

Yayılan məlumatlara görə, ölkənin Kanar adaları silsiləsinə daxil olan Palma adasındakı vulkan fəallaşıb.

Buna bir neçə ardıcıl kiçik ballı yeraltı təkanlar səbəb olub.

Yerli hərbçilərin iştirakı ilə ada sakinlərinin təxliyə olunduğu bildirlib.

Mənbə: EFE