Atlantik okeanda “Rouz” tropik fırtınası meydana gəlib

12:00 20-09-2021 307

Atlantik okeanının şimalında “Rouz” tropik fırtınası meydana gəlib.

İlkin məlumata əsasən, küləyin sürəti 18 m/s-dən çoxdur.

Fırtınanın hazırda Kabo-Verde adalarından 595 km aralıda olduğu bildirilir.

Meteoroloqlar qeyd edir ki, “Rouz” Atlantik okeanda 2021-ci il mövsümü ərzində sayca 17-ci fırtınadlr.

Mənbə: ABŞ Milli Qasırğaların Müşahidə Mərkəzi