Dağıstanda hoteldə güclü yanğın olub: Ölən və xəsarət alanlar var - FOTO/VİDEO

14:20 21-09-2021 413

Rusiyanın Dağıstan respublikasında hoteldə baş verən güclü yanğın nəticəsində iki nəfər ölüb, altı nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

İnsident Xasavyurt şəhərində Moskva vaxtı ilə 04:12 radələrində (Bakı vaxtı ilə 05:12 - red) qeydə alınıb.

Yanğın 450 kvadratmetrlik sahəni əhatə edib.

Alovu lokallaşdırmaq üçün yanğınsöndürənlərə 30 dəqiqə vaxt lazım olub.

Hotel binasından 19 nəfər təxliyə edilib.

Mənbə: Rusiyanın Fövqəladə Hallar Nazirliyi