Bütün dünyada məşhur olan Borçalı xalçaları - VİDEO

16:40 21-09-2021 362

Avropada, Amerikada və dünyanın dörd bir yanında Borçalı xalçalarına rast gəlinir.

Qonşu Gürcüstanda soydaşlarımızın kompakt yaşadıqları bölgəyə xas olan bu xalçalar bütün dünyada məşhurdur.

Belə ki, Avropa ölkələrində hərraclarda on minlərlə dollar qiymətinə satılan Borçalı xalçalarına maraq bu gün də böyükdür.

Hər zaman saxladıqları sürülərdən bol yun ehtiyatı olan azərbaycanlılar bundan xalça, palaz, kilim, eləcə də müxtəlif geyimlər toxuyublar.

O dövrlərdə yunun qiymətinin qızılla ölçüldüyünü nəzərə alsaq, bu sahəyə böyük marağın olması heç də təsadüfi deyil. Soydaşlarımızın kompakt yaşadıqları Tetritskaro (Ağbulaq) rayonunun Kosalar kəndindən olan toxucu Tərlan Qocayeva bu sənəti nənəsindən öyrəndiyini və bu günə qədər təxminən 2 min xalça toxuduğunu deyir.

“Revoven” təşkilatının rəhbəri Elnur Əlisoy bu xalçaların xarici ölkələrə ixrac olunduğunu, hazıranması üçün müxətlif materialların xaricdən idxal olunduğunu bildirir. Məlumat üçün onu da bildirək ki, Borçalı xalçalarının çeşniləri öz toxunma texnikası, simmetrik və ya türk toxuma üsulu ilə hazırlanmasına görə, həmçinin öz səciyyəvi xüsusiyyətləri ilə digər xalçalardan fərqlənir.

Daha ətraflı Baku TV-nin süjetində: