“Vüqar Həşimov” komandası klublararası Avropa kubokunda medal qazanıb – FOTO

23:20 24-09-2021 411

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışında Azərbaycan komandası bürünc medal qazanıb.

HerGun.Az xəbər verir ki, Azərbaycanı təmsil edən “Vüqar Həşimov” komandası 7-ci turda turnirin favoriti Makedoniyanın “Alkaloid” komandasını məğlub edib. Xalların sayını 11-ə çatdıran komandamız 3-cü yeri tutub.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.