Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var

22:00 27-09-2021 337

Şəmkir şəhərində yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə şəhərin 7-ci küçə adlanan ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar arasında vəziyyəti ağır olanlar da var.

Yaralılar alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.