Rusiyanın kosmik aparatlarına dair məxfi materiallar internetə sızdırılıb

22:36 16-05-2019 7

İnternetdə Rusiyanın kosmik aparatları, onların yaradılması və buraxılışı ilə bağlı daha əvvəl məlum olmayan informasiyalar paylaşılıb.

Vesti.ru xəbər verir ki, peyklərin bir sıra elementlərini hazırlayan “Roskosmos”un tərkibindəki “Saturn” şirkəti  informasiyanı təsdiqləyib və paylaşımı qeyri-qanuni adlandırıb.

“Məlumat qanunsuz olaraq yerləşdirilib. Biz məlumatı kimin paylaşmasını müəyyən etmək üçün müvafiq addımlar atacağıq”, - “Saturn”un baş konstruktoru Sergey Lixonosov bildirib.

Qeyd edək ki, dünən Rusiyanın “Roskosmos” kosmik agentliyinin top-meneceri Yuri Yaskinin ölkədən qaçması barədə xəbər yayılıb.

Məlumatda qeyd edilir ki, Yuri Yaskinin rəhbərlik etdiyi mərkəz  “Roskosmos”un “beyni” sayılacaq qədər önəmli müəssisədir.