Bakıda gənc oğlanı avtomobil vurub

02:40 01-10-2021 310

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1996-cı il təvəllüdlü Nemətov Cavid Vaqif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.