Narkokarteldən dəhşətli qisas: Düşmənlərini sıraya düzüb edam etdi - VİDEO

05:00 02-10-2021 485

Sosial şəbəkələrdə Meksikada narkokartellərin bir-birləri ilə rəqabətinin qorxunc nəticələrinin görüntüləri yayılıb. Videoda 20-yə yaxın insanın dizi üstə sıraya düzüldüyü görünür. Bundan sonra “La Bandera” kartelinin üzvlərinin edam edildiyi bildirilir.

Videoda “Los Tlacos” kartelinin üzvünün sıra ilə girovlara yaxınlaşdığı və tapançanı başlarına tutaraq müəyyən sual-cavab etdiyi görünür.

Sonradan girovlardan dördünün cəsədi şəhər merinin ofisinin qarşısında avtomobilin içində aşkarlanıb. Qalan 16 nəfərin taleyi barədə məlumat yoxdur.

Mənbə: “Daily Mail”