“Mançester Yunayted” liderlik yolunda büdrədi - VİDEO

19:00 02-10-2021 473

İngiltərə Premyer Liqasında VII turun oyunları davam edir.

HerGun.Az xəbər verir ki, günün ilk matçında “Mançester Yunayted” “Everton”u qəbul edib.

“Qırmızı şeytanlar” doğma meydanda hesabı açan tərəf olsalar da, yekunda qələbə hesabını qoruya bilməyiblər.

Antonio Marsialın 43-cü dəqiqədəki qoluna Taunsend 65-ci dəqiqədə cavab verib.

Ötən tur “Aston Villa”ya məğlub olan “qırmızı şeytanlar” daha bir xal itkisi ilə liderlik yolunda növbəti dəfə büdrəyib.

Qarşılaşmanın qollarını təqdim edirik: