BMT-dən partlayış açıqlaması: Bir sülhməramlı öldü, üçü yaralandı

00:00 03-10-2021 342

BMT Malidəki sülhməramlı missiya üzvlərinin minaya düşdüyünü açıqlayıb.

Partlayış nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Hadisə Əlcəzair sərhədi yaxınlığındakı Tesalit bölgəsində baş verib.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Mənbə: TASS